Огромная библиотека книг в одной подписке
У меня есть промокод
У меня есть промокод
книги билайн
приложение книги билайнприложение книги билайн

книга

Etiraf

Etiraf
Читать
Отложить

Главное о книге

"“Taledən şikayətlənmək və fəlakətlərimizin səbəblərini özümüzdən kənarda axtarıb tapmaq acınacaqlıdır: bu bizim milli psixologiyamıza xas bir xüsusiyyətdir…”

Hovanes Kacaznuni

Ermənistanın ilk baş naziri H. Kacaznuninin adı çağdaş Ermənistanda, demək olar ki, unudulub, ya da qəsdən unudulmağa məhkum edilib. Onun məruzəsindən ibarət olan bu kitab isə nəinki Ermənistanda yox edilərək müasir nəsillərdən gizlədilib, eləcə də dünyanın önəmli kitabxanalarından yığışdırılıb.

Belə bir kiçik kitabın ermənilərdə bu qədər hiddət doğurmasının səbəbi Kacaznuninin başqa erməni müəlliflərdə nadir görünən özünütənqid, hadisələri nisbətən obyektiv şəkildə təsvir və dərk etmək istəyi, bir də gəldiyi nəticələrdir. Kitabda ən yeni tarixi dövrdə ermənilərin ambisiyaları, bunları gerçəkləşdirmək üçün əl atdıqları metodların yararsızlığı, qonşu xalqlarla düzgün münasibət qura bilməmələri, ən əsası da, dövlət qurmaq və onu idarə etmək qabiliyyətlərinin olmaması açıq şəkildə dilə gətirilərək qismən tənqid edilir.

Bu məruzəni eyni zamanda ibrətamiz etiraflar kitabı kimi də saymaq olar."