Dereklə evli olan milyonçu qızı Rut başqa birini – qraf Roşu sevir, onun yanına getmək üçün qatara minir. Elə həmin gecə qatarda qətlə yetirilir. Xəfiyyə Erkin Puaro qatili tapmaq üçün dərhal hərəkətə keçir…
Bu roman “Nautilus” adlı qeyri-adi qayıqla okeanın dərinliklərinə səyahət edən Kapitan Nemo və onun yoldaşlarının başlarına gələn ağlasığmaz macəralardan danışır.
Roman məşhur xəfiyyə Şerlok Holmsun doktor Vatsonla tanışlığı ilə başlayır. Londondakı iki müəmmalı ölüm isə bu tanışlığı dostluğa çevirir. Məlum olur ki, hər iki ölüm əslində qətldir…
Londondakı «Reform» adlı klubun üzvü Fileas Foq dostları ilə dünyanı 80 gün ərzində dövr edəcəyinə dair mərc gəlir və bununla da heyrətamiz bir hekayə başlayır…
Doktor Ferqüson əksəriyyətin haqqında çox şey bilmədiyi Afrikanı başdan-ayağa dolaşmaq fikrinə düşür, özü də hava şarı ilə! Beləcə, o və iki sadiq yoldaşı qeyri-adi hadisələrin iştirakçısına çevrilirlər.
Məktəbli Volka çayda çimərkən tapdığı saxsını qədim şeylərlə dolu xəzinə sayır. Lakin qabın içindən xəzinə yox, qoca cin çıxır. Bundan sonra Volkanın başına gəlməyən qəribəlik qalmır.
Müəllif ata-anasını vaxtsız itirən bir qızcığazın – Hadinin başına gələn bir-birindən maraqlı hadisələr fonunda uşaqların həyata, təbiətə və insanlara özünəməxsus baxışını oxuculara böyük məharətlə çatdıra bilib.
İçərisində detektiv Puaronun da olduğu və güclü qar yağdığı üçün hərəkətini dayandıran qatarda bir nəfərin meyiti tapılır. Puaro əmindir ki, bu, qətldir. Bəs o nə qədər haqlıdır?
Həyatın amansızlığı ucbatından cəmi bir neçə ay məktəbə gedən, 8 yaşında işləməyə məcbur olan Maksim Qorki bu avtobiorqafik əsərində gənclik illəri zamanı üzləşdiyi dəhşətli məhrumiyyətlərdən danışılr.
Bir gün veteran topçular qeyri-adi fikrə düşür, Aya nəhəng top mərmisi göndərmək qərarına gəlirlər. Lakin Fransadan göndərilən bir məktub hadisələrin gedişini kökündən dəyişir…
Bu əsər qeyri-adi süjet xəttinə və gözlənilməz sonluğa malikdir. Bir-birini tanımayan on nəfər yay tətilini keçirmək məqsədilə gəldikləri Zənci adasında qeyri-adi, qorxunc hadisələrin iştirakçısına çevrilirlər…
Müəllif bu əsərin qəhrəmanı olan taxtadan düzəldilən oyuncağın – Pinokkionun timsalında hər birimizin insan kimi yetişməsində mənəvi-əxlaqi dəyərlərin həlledici roluna diqqət çəkir.
Balina ovçusu kapitan Ahav ilə nəhəng ağ balina arasında macəra dolu mübarizədən bəhs edən bu əsər bir-birindən maraqlı, həyəcanlı səhnələrlə zəngindir və ibrətamiz sonluqla başa çatır.
Atasını erkən itirən, anası ilə birgə yaşayan Sedrik bir gün gözlənilməz məktub alır: məlum olur ki, o, qraf olan ata babasının varisidir. Hər şey məhz bundan sonra başlayır…
Əsərin baş qəhrəmanı Çipollino adlı bala soğandır. O, haqsızlığa qarşı mübarizə aparır, yoxsulları zülmkarlardan qoruyur və bu zaman başına bir-birindən maraqlı hadisələr gəlir.
Bu romanda Siril, Anteya, Robert, Ceyn və Quzu adlı bacı-qardaşlar yay tətili zamanı Sammied adlı qum pərisi ilə rastlaşır, beləcə, ağlasığmaz macəraların ağuşuna düşürlər.
Bu roman maraqlı süjetə malikdir: Fransa kralı XVI Lüdovikin kraliça üçün sifariş etdiyi bahalı boyunbağı saray daxilindəki ziddiyyətlər fonunda ağlasığmaz əhvalatların baş verməsinə gətirib çıxarır…
Santyaqo adlı qoca, çəlimsiz qoca 84 gün boyunca balıq ovundan əliboş qayıdır, nəhayət, 85-ci gün nəhəng bir balıq ovlayır və bununla da onun dənizdə heyrətamiz mübarizəsi başlayır.
Gözəl qala bilmək üçün ruhunu şeytana təslim edən bir gəncin faciəvi taleyindən bəhs edən bu roman bir-birindən hikmətli sözlərlə zəngindir.
Dünya ədəbiyyatının şah əsərlərindən olan bu roman rus milli, mədəni və ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir.
Bu məşhur əsərin qəhrəmanı 16 yaşlı Holden Kolfilddir. Müəllif onun timsalında ətrafdakı hərkəsə, hər şeyəşübhə və etirazla yanaşan yeniyetmə qəhrəman obrazı yaradıb.
İki gəncin mübarizəsi fonunda 19-cu əsr Amerikasının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, amerika hindularının həyatı… Bütün bunlar «Başsız atlı» romanından qırmızı xətlə keçir.
Bütün zamanların ən yaxşı romanlarından sayılan «Robinzon Kruzo»nu oxuduqca kimsəsiz adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmi, möhkəm iradəsi, qətiyyəti, əməksevərliyi, nikbinliyi sizi heyran edəcək.
Hər şey varlı ingilis Çarlz Baskervillin müəmmalı ölümündən başlayır. Məsələdən xəbər tutan təcrübəli xəfiyyə Şerlok Holms dostu doktor Vatsonla birgə araşdırmalara başlayır və hadisələr ağlasığmaz istiqamətdə inkişaf edir…
Dünyaya, həyata, insanlara bir uşağın gözü ilə baxmaq istəyirsinizmi? Elə isə dünya ədəbiyyatının şah əsərlərindən olan «Balaca şahzadə» romanını mütləq oxumalısınız…
Bu əsər hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayres Smitlə dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir.
Bu əsərdə imam Şamilin başçılığı ilə Rusiya imperiyasına qarşı vuruşan üsyançılardan bəhs edilir. Əsərin əsas qəhrəmanı olan Hacı Murad işğalçılara qarşı mərdliklə mübarizə aparan avar sərkərdələrindən birinin portretidir.
Müəllifi Şarlotta Bronteyə dünya şöhrəti gətirən bu əsər mürəbbiyəlik etdiyi evin sahibinə aşiq olan gənc və kimsəsiz bir qızın həyatından bəhs edir.
Martin jurnalların yazıçılara yaxşı qonorar verdiyini öyrənir və ədəbiyyatla məşğul olmağa qərar verir. Məqsədi varlanaraq və şöhrət qazanaraq sevdiyi qızın mənsub olduğu yüksək cəmiyyətə daxil olmaqdır.
Məşhur xəfiyyə Şerlok Holms aldığı şifrli məktubdan mister Duqlasa sui-qəsd hazırlandığını öyrənir. Tezliklə həmin şəxs həqiqətən öldürülür, bununla da bir-birindən maraqlı hadisələr başlayır.
Bu kitabı oxuduqca cəngəllikdə yaşayan Mauqlinin bir-birindən təhlükəli, elə bir o qədər də ibrətamiz macəraları sizi həyəcanlandıracaq, eyni zamanda dərindən düşünməyə vadar edəcək.
Dünya ədəbiyyatında çox nadir əsərlər vardır ki, «Səfillər»dəki kimi zəngin obrazlar qalereyasına sahib olsun, oxucunu təsirli, düşündürücü hadisələr burulğanına salsın. Bu kitabı oxuduqca siz də bu yazdıqlarımızla razılaşacaqsınız.
Antik ədəbiyyatın ən görkəmli nümayəndələrindən olan Homerin birincisi poemasında –“İliada”da Troya müharibəsindən, axeylilərlə troyalılar arasında gedən döyüşlərdən və bu döyüşlərdə qəhrəmanlıq göstərmiş məşhur sərkərdələrdən danışılır.
Romantik ruhda yazılan “Ovod” romanı baş qəhrəmanın – Artur Bertonun (Ovod) İtaliyanın azadlığı uğrunda mübarizəyə qoşulmasından və öz əqidəsinə sadiqliyindən bəhs edir.
Dünyada tarixi roman janrının incilərindən sayılan bu əsərdə Miladdan öncə I əsrdə Romada qullar üsyanına başçılıq etmiş Spartakın azadlıq uğrunda mübarizəsindən bəhs olunur.
“Polyanna” – işıq üzü gördüyü gündən bəri bütün qızların sevimli qəhrəmanına çevrilən 11 yaşlı yetim qızcığazın hekayətidir. Onu ən nikbin ədəbi personaj adlandırırlar.
Bu romanda hadisələr 1945-1946-cı illərdə Sovet İttifaqında, İranda (o cümlədən Cənubi Azərbaycanda), İngiltərədə cərəyan edir. Romanın baş qəhrəmanı olan Mak-Qreqor obrazının prototipi Ceyms Oldric özüdür.
Qraf Drakula vampirdir, odur ki hər kəs ondan uzaq gəzir. Bunu bilməyən Conatan qrafın qəsrinə gedir, qorxunc həqiqəti öyrəndikdə isə geri qayıtmaq üçün artıq çox gecdir…
İbrətamiz əhvalatlarla zəngin olan “Karvan” adlı məşhur nağıllar silsiləsini müəllif Şərqin klassik abidəsi olan “Min bir gecə” nağıllarının təsiri ilə yazıb.
Bu əsərin qəhrəmanı cavan qırğız qadınıdır. O, köhnə, patriarxal adətlərin ziddinə olaraq inamla öz məhəbbətinə doğru addımlayır.
Bu romanda Oran adlı şəhərdə qəfil başlayan taun epidemiyası zamanı yaşanan hadisələrin fonunda insanların həyatla ölüm arasında qalarkən keçirdiyi hissləri, həyəcanları ustalıqla qələmə alıb.
Zevsin bəni-adəmdən olan oğlu qəhrəman Herakl ona düşmən kəsilmiş ilahə Heranın məkri ilə öz uşaqlarını öldürür. İndi ilahların əmri ilə Herakl padşah Evrisfeyin çox çətin tapşırıqlarını yerinə yetirməlidir.
Cim Hokinsin tapdığı xəzinə xəritəsinin üzərinə çəkilmiş üç xaç işarəsindən sonuncunun yanında bu sözlər yazılmışdı: “Dəfinənin əsas hissəsi buradadır”. Bununla da Cimin macəra dolu axtarışları başlayır!
Bir-birinə hədsiz bənəzyən iki oğlan təsadüf nəticəsində həyatdakı rollarını dəyişirlər: şahzadə dilənçiyə, dilənçi isə şahzadəyə çevrilir. Bununla da qeyri-adi əhvalatın əsası qoyulur…
Həm quruda, həm də suda yaşamağı bacaran amfibiya adamın – İxtiandr adlı gəncin həyatından bəhs edən bu roman bir-birindən fərqli, təzadlı, elə bir o qədər də maraqlı, düşündürücü obrazlı zəngindir.
Dünya ədəbiyyatında hinduların cəsur, mərd insanlar obrazı ilk dəfə indi oxuyacağınız bu romanda yaradılıb. Qəhrəmanların başına gələn macəralar sizi həm həyəcanlandıracaq, həm də düşündürəcək.
Kapitan Qrant və yoldaşlarının olduğu gəmi qəzaya düşür. Hadisədən xəbər tutan Qrantın uşaqları Meri və Robert atalarını axtarmaq üçün yola çıxır, bir çox fəlakətlərlə, təhlükələrlə üzləşirlərlər…
Qriffin adlı ingilis fiziki görünməzliyin sirrini kəşf edir və bundan qorxunc məqsədlər üçün faydalanmaq qərarına gəlir. Nəticədə hadisələr təhlükəli istiqamətdə inkişaf edir və Qriffin üçün faciə ilə bitir.
Bu əsər muşketyor olmaq üçün ata evini tərk edən D'Artanyan adlı gəncdən və onun üç dostundan – muşketyorlar Atos, Portos və Aramisdən, onların başına gələn macəralardan bəhs edir.
Mark Tvenin şah əsərlərindən olan bu romanda Tom Soyerlə ən yaxın dostu Heklberri Finnin Missisipidə başlarına gələn bir-birindən maraqlı macəralardan danışılır.
Antik ədəbiyyatın ən görkəmli nümayəndələrindən olan Homerin ikinci poemasında – “Odisseya”da İtakalı Odisseyin məmləkətindən didərgin düşüb iyirmi ildən sonra vətəninə dönməsindən bəhs edir.
“Sindbadın yeddi səyahəti” Bağdad şəhərində olan bir dəniz səyyahının ticarət məqsədilə yad ölkələrə səyahət etməsindən və həmin ölkələrdə başına gələn qeyri-adi, sehrli əhvalatlardan bəhs edir.
Həyatın acı həqiqətləri, düzgünlük, qəddarlıq, mehribanlıq, həyat uğrunda mübarizə… Bütün bunlar Cek London tərəfindən bir vəhşi heyvanın – canavarın gözü ilə təsvir olunub.
Lermontovun Qafqaz təəssüratları əsasında yazdığı bu romanın baş qəhrəmanı öz qüsurlarını bilir, ətrafdakı insanların hislərinə məhəl qoymadan onlara kinayə ilə yanaşır…
Bu romanın qəhrəmanları II Dünya müharibəsi illərində öz yaxınlarını cəbhədə itirmələrinə, çətin və ağır şəraitdə yaşamalarına baxmayaraq, hələ də gülməyi, sevinməyi və həyata ironiya ilə baxmağı bacarırlar.
Bu fantastik macəra romanında müəllif insanlara iflic vəziyyətdə olmağın, “yalnız başın fəaliyyət göstərməsinin necə bir hiss olması” haqqında danışır…
Bu əsər ingilis ədəbiyyatında baş qəhrəmanı uşaq olan ilk romandır. Romanda ingilis cəmiyyətində baş alıb gedən haqsızlıqlar, uşaq əməyindən istifadə, cinayətkarlığın geniş yayılmasından bəhs olunur.
Mark Tvenin şah əsərlərindən və dünya uşaq ədəbiyyatının ən gözəl nümunələrindən olan bu romanda Heklberri Finnin dostu Tom Soyyerlə birlikdə Missisipidə başlarına gələn maraqlı macəralardan danışılır.
Bu əsərdə dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlamın keçdiyi ağır sınaqlardan bəhs olunur.
Alyaskanın sərt soyuğuna, insanların amansız rəftarına baxmayaraq sağ qalmağı bacaran Bak adlı itin həyatından bəhs edən bu roman onu oxuyan hər kəsi çox təsirləndirəcək.
Böyük həyəcanla oxuyacağınız bu romanın mövzusu XVIII əsrin 50-ci illərində fransızlarla ingilislər arasında on illərlə davam edən qanlı müharibədən götürülüb.
Bu romanda gənc şotlandiyalı Kventin Dorvardın macəralarından bəhs olunur. Əsərdə hadisələrin baş verdiyi ölkələrin həyat və məişətinə aid faktlar, tarixi simalar dəqiq və real təsvirlərlə verilib.
Jül Vern ən məşhur əsərlərindən olan bu romanda gənc və cəsur matros Dik Sendin qeyri-adi sərgüzəştlərindən bəhs olunur.
Bu əsərdə müstəmləkəçilərə qarşı müqavimət göstərmiş seminolların azadlıq uğrunda mübarizəsi təsvir olunub, Oseolanın timsalında azadlıqsevər hinduların ümumiləşmiş obrazı yaradılıb.
Dünya ədəbiyyatının şah əsərlərindən olan “Qulliverin səyahətləri” satirik-fantastik romanında müəllif baş qəhrəmanın bir-birindən maraqlı macəraları fonunda insan cəmiyyətinin sosial-siyasi mənzərəsini məharətlə əks etdirir.
Bu əsərdə təsvir olunan qeyri-adi hadisələr 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində, Vazastanda bir evdə, Balaca adlandırılan uşaqla damda yaşayan Karlson ətrafında cərəyan edir.
Bu əsərin qəhrəmanı zaman maşınıyla uzaq gələcəyə, 802701-ci ilə gedib çıxır. Məqsədi bəşəriyyətin çiçəklənməsini görməkdi, lakin gördükləri onu dəhşətə gətirir, çünki… Yaxşısı budur, özünüz oxuyub öyrənin!
Bu məşhur romanın qəhrəmanı Devid Kopperfild hələ uşaq ikən bir sıra haqsızlıqlarla üzləşir, özündə xəbislik, xudbinlik, paxıllıq kimi xüsusiyyətləri birləşdirən insanların əhatəsinə düşür.
Bu romanda müəllif Kvazimodo, Klod Frollo, Esmeralda kimi obrazların timsalında dinin insanları, cəmiyyəti öz əsarəti altında saxlaması, hüquqsuzluq, cəhalət və s. kimi məsələlərə toxunur.
İtalyan yazıçısı Kollodinin “Pinokkionun sərgüzəştləri. Taxta kukla haqda əhvalat” nağılının motivləri əsasında yazılan bu əsərdə müəllif köhnə kətan üzərində çəkilmiş ocaq və qızıl açar haqda orijinal rəvayət yaradıb.
Meri Şelli ilə birgə ruhlar, kabuslar haqda hekayələr oxuyarkən məşhur şair lord Bayron ona bənzər hekayə yazmağı təklif edir. Tezliklə Merrinin yuxusuna indi oxuyacağınız bu əsərin ideyası girir…
Bütün dünya uşaqlarının böyük maraqla oxuduğu bu əsərdə “Toyuq” villasında valideynlərsiz yaşayan nadinc doqquzyaşlı qızcığazın şən və əyləncəli macəralarından bəhs edilir.
Özünü rus rəqqasəsi kimi qələmə verən Nadin adlı qadın beynəlxalq miqyaslı təxribatçı-agentin xidmətindən ayrılmaq istəyir və bununla da ağlasığmaz hadisələr zənciri başlayır.
Metaforik (məcazi) üslubda yazılmış bu dərin məzmunlu nağıl-povestdə üç gonbulun hakimiyyətindən əziyyət çəkən xalqın onlara qarşı mübarizəsindən danışılır.
Heç vaxt böyümək istəməyən Piter Pen adlı oğlan haqqında bu nağıl-roman bütün dünyada məşhurdur. Onu yalnız uşaqlar deyil, böyüklər də hədsiz maraqla oxuyurlar.
XX əsrdə fantastika janrının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısı Edqar Rays Berrouzun yaradıcılığının zirvəsi Tarzan haqqında silsilə hesab olunur. Bu kitab da həmin silsiləyə daxildir.
Məşhur yazıçı Aleksandr Qrinin şah əsəri sayılan “Al yelkənlər” əsərində müəllif insanları başqaları üçün möcüzələr yaratmağa çağırır.
“Mio, mənim Miom!” nağıl-povestində uşaq evində, sonra isə yad bir ailədə yaşayan oğlanın həyatı və arzuları əks olunmuşdur.
“İbtidai oğlanın macəraları” əsəri min illər bundan əvvəl yaşamış Krek adlı oğlanın macəralarından, ibtidai insanların təhlükə və çətinliklərlə dolu həyatından bəhs edir.
Bir quldurbaşının qızı ilə onun qatı düşməninin oğlunun təhlükəli macəralarından bəhs edən bu əsəri oxuduqdan sonra uşaqların böyüyəndə valideynləri kimi quldur olmayacaqlarına and içmələrinin səbəbini biləcəksiniz.
Bu macəra romanı “Benjamin Franklin” adlı gəminin qəza nəticəsində əsrlər boyu qəzaya uğramış gəmilərdən yaranan naməlum bir adaya gəlib çıxmasından bəhs edir.
Çingiz Aytmatov əfsanələri real həyatla, yaşadığı zamanla əlaqələndirdiyi bu əsərində birinci sinfə getməyə hazırlaşan balaca oğlanın arzularından, qurduğu xəyal dünyasından bəhs edir.
Sərrast oxatan və mahir qılıncoynadan olan Robin Hudla bu kitabda ənənəvi obrazındadır – məzlumların müdafiəçisi, zalımların isə qənimidir.
Bu əsərdə hindu Kinonun başına gələn faciəli hadisədən bəhs olunur. O, qiymətli bir mirvari tapır və bununla bütün arzularına çatacağını düşünür. Lakin sonda başa düşür ki…
Ekspedisiya üzvlərinin Cənubi Amerikada başlarına inanılmaz hadisələr gəlir: onlar dinozavrların, məməlilərin, həmçinin insanabənzər meymunların və Daş dövrü adamlarının yaşadıqları bir ərazi – «itmiş dünya» aşkarlayırlar…
Harasa tələsən qəribə geyimli dovşanın arxasınca gedən Alisa bir də onda ayılır ki, qeyri-adi, fantastik bir diyara düşüb. Kitabı oxuduqca siz də özünüzü həmin əsrarəngiz aləmdə hiss edəcəksiniz.
Yerin mərkəzinə qədər uzanan vulkanik dəliklərin mövcudlluğunu öyrənən məşhur alim dərhal ekspedisiya təşkil edir. Bu səyahət zamanı ekspedisiya üzvləri qeyri-adi hadisələrlə qarşılaşırlar.
Atası 12 yaşlı Benı təyyarə idarə etməyin bəzi sirlərini öyrədir. Ben heç ağlına da gətirə bilməzdi ki bu öyrəndikləri tezliklə ona çox lazım olacaq…
Maya adlı balaca bir arı öz pətəyini tərk edərək ətraf aləmi öyrənməyə başlayır, xeyirlə şərin nə demək olduğunu anlayır, düşmənlərlə mübarizədə daha da mətinləşir, həyatın mənasını anlayır.
Varlı biri olan mister Solli müəmmalı şəkildə yoxa çıxan nəhəng və əfsanəvi torpağı – Atlantidanı tapmaq həvəsinə düşür. Beləcə, heyrətamiz hadisələr başlayır…
İşini itirən və ailəsi çətin vəziyyətə düşən Sem evin sevimli iti Lessini başqasına satmalı olur. Bundan sonra baş verənlər sizi çox təsirləndirəcək.
Bu əsərindəki bir sıra hadisə və qəhrəmanları müəllif Ernest Heminquey cəbhədə şəхsən görüb müşahidə etmişdi. Roman müharibəyə nifrətlə, dinc həyat arzulayan insanlara rəğbətlə yazılıb.
Əsərin qəhrəmanlarından biri – Lantenak köhnə rejimin (monarxiyanın), qardaşı nəvəsi Simurden isə respublikanın tərəfdarıdır. Roman onların timsalında bu iki ideya arasındakı amansız mübarizədən bəhs edir.
Qeyri-adi süjet xəttinə və qəhrəmanlarına görə dünya uşaq ədəbiyyatının incilərindən sayılan bu əsəri oxuyub bitirdikdən sonra uzun müddət onun təsirindən çıxa bilməyəcəksiniz.
Arvadını erkən itirən varlı fabrikant bir daha evlənmir, bütün həyatını çox sevdiyi iki qızına həsr edir. Qızlarının ailə qurmasından sonra isə fədakar atanın faciəsi başlayır…
Oxucuda qeyri-adi təəssüratlar yaradan bu əsər gözləri anadangəlmə görməyən qəhrəmanın timsalında insan iradəsinin nəyə qadir olduğunu göstərir.
Lev Tolstoyun ilk irihəcmli əsəri sayılan “Uşaqlıq” povestində çoxlarının uşaqlıq illərində yaşadığı müxtəlif psixoloji təcrübələrin (ilk sevgi, ədalətsizlik, insanlar arasında ziddiyyətlər və s.) ustalıqla əks olunub.
Kitabın əsas qəhrəmanları müəllifin oğlu Kristofer Robinlə oyuncaq ayı balası Vinni-Puh, bir də onların oyuncaq dostlarıdır. Dərin yumorla yazıldığından bu əsəri nəinki uşaqlar, hətta böyüklər də maraqla oxuyurlar.
Bu əsərin başlıca mövzusu Böyük Fransa inqilabıdır (1789–1799). Oxucunu daim həyəcanda saxlayan süjet xəttinə malik romanda inqilabi hadisələr fonunda bir-birindən maraqlı insan xarakterləri yaradıb.
Müəllif bu əsərdə Fabrisio və Kleliyanın məhəbbət macərası fonunda saray intriqalarına da toxunaraq ümumilikdə XIX əsrin fransız və italyan cəmiyyətini satirik dillə tənqid edib.
A.Düma “Qraf Monte Kristo” macəra romanının mövzusunu yaşadığı dövrdən götürmüşdür. Bundan başqa “Üç muşketyor”, “Dəmir maskalı adam”, “İyirmi ildən sonra”, “Qara zanbaq” kimi əsərləri də sevilərək oxunur.
Bu əsərdə pula, cah-calala, eyş-işrətə hədsiz aludəçiliyin yol açdığı fəlakətləri olduqca inandırıcı şəkildə təsvir edilib. Yazıçı demək istəyir ki, əxlaqi-mənəvi dəyərləri var-dövlətdən üstün tutan cəmiyyət məhvə məhkumdur.
Balaca oğlu Davidlə dağ evində yaşayan ata ölümünün yaxınlaşdığını duyur və övladını qohumlarının yanına aparmağı qərarlaşdırır. Beləcə, Davidin həyatında yeni və maraqlı bir səhifə açılır.
Zaltenə dünya şöhrəti qazandıran isə 1923-cü ildə yazdığı «Bembi» romanı olub. İndiyədək əksər dillərə tərcümə edilən və dəfələrlə ekranlaşdırılan həmin romanın baş qəhrəmanı Bembi adlı maral balasıdır. Bembinin bir-birindən maraqlı macəraları az qala doğulduğu gündən başlayır və oxucuda dərin təsir buraxır.
Bu romanda Siril, Anteya, Robert, Ceyn və Quzu adlı bacı-qardaşlar möcüzəvi Feniks quşu ilə tanış olur, sehrli xalçanın sahibinə çevrilirlər. Bununla da həyəcan dolu macəralar başlayır!